Sumqayıt

Sumqayıt Yaranma tarixi 2010-06-01
Ünvan Azərbaycan, Sumqayıt, S. Vurğun küçəsi, 25
Telefon (+994 12) 409 14 50
Stadion Kapital Bank Arena
Azarkeş tutumu 0

Sumqayıt

Sayt http://www.sfc.az

Sumqayıt heyəti

Haqqında

Yaranma ili: 2010 

Rəngləri: göy-ağ 
Forma: Kappa 
Prezident: Kamran Quliyev 
 
Uğurları: 
 
çempionat: 
 
Azərbaycan kuboku:
 
Böyük futbolun Sumqayıta gəlişi 1960-cı ilə təsadüf edir. Belə ki, məhz həmin il Gənclik şəhərinin “Metallurq” komandası SSRİ çempionatının B dəstəsində çıxış edib. Daha sonra Sumqayıtı Ümumittifaq birinciliyində “Temp” (1961), “Kimyaçı” (1963), “Polad” (1965-70, 1973), “Xəzər” (1974, 1975, 1988-1991) və “Şəfəq” (1987) komandaları təmsil edib. “Temp” (1961) və “Polad” (1965/ 1966-1970) həmçinin SSRİ kuboku uğrunda da mübarizə aparıblar.

Nailiyyətlərə gəlincə, “Polad” 1967-ci ildə B dəstəsinin 3-cü zonasının, “Xəzər” isə 1991-ci ildə ikinci liqanın Azərbaycan zonasının qalibi adını qazanıb.

Sovet dövründə Sumqayıt komandaları Respublika miqyasında da bəzi uğurlara imza atıblar. Məsələn, AzTZ (Azərbaycan Boru Prokat Zavodu) komandası 1960-cı ildə Azərbaycan SSRİ kubokunun qalibi olub, “Polad” və “Xəzər” isə müvafiq olaraq, 1964-cü və 1985-ci illərdə Azərbaycan SSRİ çempionu adını qazanıblar.

Müstəqil Azərbaycanın milli çempionatının yüksək liqasında Sumqayıtı “Xəzər”, “Sumqayıt”, “Kimyaçı”, “Gənclərbirliyi” və “Standard” klubları təmsil ediblər. Adları çəkilən komandalarda ən yüksək göstəriciyə isə ardıcıl iki mövsüm – 1992 və 1993-cü illərdə vitse-çempion olan “Xəzər” komandası imza atıb.
  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech