Neftçi

Neftçi Yaranma tarixi 1937-03-18
Ünvan Azərbaycan, Bakı, Nobel Prospekti, 64
Telefon Tel:(+994) 12-424 46 40
Stadion Bakcell Arena
Azarkeş tutumu 0

Neftçi

Sayt http://www.neftchipfk.com

Neftçi heyəti

Haqqında

Yaranma ili: 1937
Rəngləri: ağ-qara
Forma: Adidas
Prezident: Çingiz Abdullayev
Uğurları:

çempionat:

çempion – 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013 
gümüş mükafatçı – 2000/2001, 2001/2002, 2006/2007
bürünc mükafatçı – 1994/1995, 1998/1999, 1999/2000, 2005/2006, 2007/2008

Azərbaycan kuboku:

qalib - 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014
finalçı - 2000/2001, 2011/2012; 2014/2015

Azərbaycan Superkuboku:

qalib: 1993, 1995
finalçı: 2013

1936-37-ci illər müxtəlif sənaye təşkilatlarının nəzdində idman, futbol komandalarının yaranması ilə əlamətdar oldu. Bakıda futbol komandası olmayan zavod, fabrik tapmaq çətin idi. Belə bir vaxtda ölkədə xüsusi çəkiyə malik olan neft sənayesini yalnız ayrı-ayrı idarələrin komandaları təmsil edirdilər. Buna görə SSRİ Neft Sənayesi Nazirliyi Neftçilərin Həmkarlar İttifaqının nəzdində könüllü idman cəmiyyəti və futbol komandası yaratmaq haqda qərar çıxardı. 1937-ci ilin əvvəlindən isə "Neftyanik" Könüllü İdman Cəmiyyəti həyata vəsiqə aldı. Neft Sənayesi Nazirliyi Moskvada yerləşdiyindən bütün sənədləşmə işləri rusca aparılmış və buna görə də cəmiyyətin adı rusca "Neftyanik" adlandı. Komanda haqda ilk məlumat "Azərbaycan Bədən tərbiyəçisi" qəzetinin 21 mart 1937-ci il tarixli nömrəsində verildi. Həmin nömrədə komandanın ilk heyətinin üzvlərinin soyadları verilmişdi: Cəfərov, İsmayılov, Rıjov, Vıbornov, Nexoroşev, Nifontov, Abramov, N.Kuznetsov, Liskunov, Mironov, Ştırlin, V.Kuznetsov, Makaqonov, Krasilnikov, Sidorenko. 

Futbolumuzun flaqmanı sayılan “Neftçi” klubu tarixi ərzində böyük uğurlara imza atıb. Komanda müxtəlif yarışlarda göstərdiyi nəticələr tarixə qızıl hərflərlə düşüb: SSRİ çempionatında bürünc medal, 8 qat Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi, “Birlik” kubokunun sahibi.

“Neftçi” ən böyük uğurlarından birini 1966-cı ildə qazandı. Flaqman vaxtilə “kiçik Avropa çempionatı” adlanan SSRİ çempionatının güclülər dəstəsində fəxri kürsüyə yüksələn ilk və yeganə Azərbaycan klubudur. Əhməd Ələsgərovun başçılıq etdiyi “Neftçi” həmin il SSRİ çempionatının bürünc medalına sahib çıxdı.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da futbol həvəskarları “Neftçi”nin timsalında parlaq oyununun şahidi oldular. Təsadüfi deyil ki, 1992-ci ildə ilk milli çempionatımızda qızıl medallar məhz “Neftçi”yə qismət oldu. Paytaxt komandasına çempion titulunu yenə Əhməd Ələsgərov qazandırdı.

 

  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech