İnter/Keşlə

İnter/Keşlə Yaranma tarixi 1997-07-01
Ünvan Azərbaycan, Bakı, H.Əliyev prospekti 5 (İnter Aren
Telefon (994 12) 5671021/22
Stadion İnter Arena
Azarkeş tutumu 0

İnter/Keşlə

Sayt http://www.inter.az/

İnter/Keşlə heyəti

Haqqında

Yaranma ili: 1997 

Rəngləri: göy, ağ 
Forma: Umbro 
Prezident: Georgi Nikolov 
Uğurları: 
çempionat: 
çempion – 2007/2008, 2009/2010, 
gümüş mükafatçı – 2008/2009, 2013/2014; 2014/2015
bürünc mükafatşı - 2011/2012
Azərbaycan kuboku: 
finalçı – 2004/2005, 2007/2008, 2008/2009, 2010/2011
 
"İnter" futbol komandasının tarixi 1997-ci ildən başlayır. Azərbaycanın özəl ali təhsil ocaqlarından olan Xəzər Universitetində həmin il eyniadlı komanda yaradılmış və həvəskarlar liqasının sırasına qoşulmuşdur. Növbəti mövsümdə də (1998/99) "Xəzər Universiteti" Həvəskarlar liqasında oynamışdır. 1999/2000 mövsümündə isə "Xəzər Universiteti" Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlamışdır. Yüksək liqada debütü 11-ci yerlə nəticələnən komanda 2000/01 mövsümündə 7-ci, 2001/02 mövsümündə isə 3-cü yeri tutmuşdur. 2002/03 mövsümünün ölkə birinciliyi keçirilməmişdir. 2003/04 mövsümündə "Xəzər Universiteti" uğurla çıxış etmiş və Azərbaycan çempionatını 4-cü pillədə başa vurmuşdur. Bu nəticə "Xəzər Universiteti"nə UEFA İntertoto kubokunda iştirak etmək hüququ qazandırdı. Yarışın birinci mərhələsində "Xəzər Universiteti" Avstriyanın "Bregents" komandasını sıradan çıxardı: 3:0 (+:- ) və 2:1. İkinci mərhələdə isə "Xəzər Universiteti"nin rəqibi Finlandiyanın "Tampere Yunayted" komandası oldu. İlk görüşdə 0:3 hesabı ilə uduzan komanda, Bakıda keçirilən təkrar qarşılaşmada 1:0 qalib gəlsə də UEFA İntertoto Kubokunda iştirakını dayandırdı. Beləliklə, Azərbaycan klublarının avrokubok tarixində "Xəzər Universiteti" ilk dəfə olaraq, bir avrokubok mövsümündə 3 qələbə qazandı.
2004-cü ilin yayından "Xəzər Universiteti" komandasının bütün hüquqları yeni yaradılmış "İnter-Bakı" Peşəkar Futbol Klubuna keçmiş və komanda 13-cü Azərbaycan çempionatına da "İnter-Bakı" adı ilə başlamışdır. Bir müddət sonra isə klubda struktur dəyişikliyi edilmiş və "İnter-Bakı" Peşəkar Futbol Klubu "İnter" Peşəkar İdman Klubuna çevrilmişdir. Beləliklə, futbol komandasının adı 13-cü çempionatın ortalarından rəsmi şəkildə "İnter" kimi təsdiq olunub. 
  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech