Qəbələ

Qəbələ Yaranma tarixi 2005-05-04
Ünvan Azərbaycan, Bakı, Nərimanov rayonu, Hacı Murad kü
Telefon +99412 563 63 02
Stadion Qəbələ şəhər stadionu
Azarkeş tutumu 0

Qəbələ

Sayt http://www.gabalafc.az

Qəbələ heyəti

Haqqında

Yaranma ili: 2005 

Rəngləri: qırmızı - qara
Forma: JOMA
Prezident: Tale Heydərov
Uğurları: 
 
çempionat: 
3-cü yer - 2013/2014; 2014/2015
5-ci yer - 2011/2012
6-cı yer - 2007/2008, 2009/2010 
 
Azərbaycan kuboku
Finalçı - 2013/2014
 

“Qəbələ” Peşəkar Futbol Klubunun əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayin 4-də klubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayinda – yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən komanda Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adı ilə dəyişdirilib. Hazırda “Qəbələ” Azərbaycan çempionatının nüfuzlu komandalarından birinə çevrilib.

Komanda Azərbaycan çempionatının altılıq formatında keçirilməsindən – 2009-2010 mövsümündən etibarən iki dəfə (2009-2010, 2011-2012) ilk altılıqda mübarizə aparıb. 

“Qəbələ” Azərbaycan futbolunda etdiyi yeniliklərlə də tarixin yaddaşına düşüb. 2007-ci ildə Azərbaycanda ilk futbol akademiyasının təməlini qoyan klub bu addımı atmaqla ölkədəki istedadlı futbolçuları kəşf etmək, onların peşəkar futbolçu kimi yetişərək gələcəkdə Azərbaycan milli komandasının və “Qəbələ” Futbol Klubunun sıralarını möhkəmləndirmək missiyasını öz üzərinə götürüb.

“Qəbələ” FK ölkədə klublar arasında ilk beynəlxalq futbol turnir keçirməklə daha bir yeniliyə imza atıb. 2011-ci il 30-31 iyul tarixlərində Qəbələdə baş tutan turnirdə Gürcüstan “Dila” və “Spartak”, Azərbaycan isə “Qəbələ” və “Kəpəz” komandaları ilə təmsil olunub. Maraqlı mübarizə şəraitində keçən birincilik qonşu ölkə təmsilçisi “Dila”nın çempionluğu ilə yekunlaşıb.

 

  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech