Qarabağ Çempionlar Liqasının qrup mərhələsində!

  • Bölmə: Xəbərlər
  • Tarix: 24.08.2017 10:25
  • Oxunma sayı: 443

1999-cu ilin yay ayları, yeni futbol mövsümünün ilk oyunları keçirilirdi. Mövsüm isə o zamanlar UEFA kubokuna vəsiqə qazandıran İntertoto kuboku ilə açılırdı.

Ağdamın Qarabağ klubu İsrailin Makkabi Hayfa klubunu səfərdə 2-1 məğlub edib, Tofiq Bəhramov adına stadionda keçirilən oyunda 0-1 hesabı ilə məğlub olaraq futbol tariximizdə ilk dəfə olaraq, avrokuboklarda mərhələ adladı. Hər iki qolun müəllifi isə hal-hazırda ağdamlıların məşqçilər korpusunda yer alan Müşfiq Hüseynov vurmuşdu

Tarix 24 avqust 2017, Kopenhagen, Danimarka. Qarabağ bu dəfə doğma meydanda qazandığı minimal hesablı "quru" qələbənin üstünlüyü ilə səfərdə 2-1 hesabı ilə məğlub olsa da, mərhələ adladı. Danimarkalıların qapısına hər iki oyunda yol tapan isə Dino Ndlovu oldu. Futbol tariximizdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsindəyik! 

Qələbəyə bərabər məğlubiyyətlə başlayan avrokubokların fəthi eyni cür də başa çatdı. 

Qarabağ klubuna göstərdiyi əzmkar oyuna görə təşəkkür edir və UEFA Çempionlar Liqasının qrup mərhələsində uğurlar arzu edirik!

  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech