24`cü turun iki oyunu canlı yayımlanacaq

  • Bölmə: Xəbərlər
  • Tarix: 31.03.2017 21:55
  • Oxunma sayı: 391

TPL`in 24`cü turun bütün oyunları eyni gündə keçiriləcəyindən, CBC Sport kanalı cəmi iki oyunu canlı yayımlaya biləcək.

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşmış "Sumqayıt" və "Neftçi" (müvafiq olaraq 6 və 5-ci pillədə) hələ də Avropa Liqasında oynamaq şanslarını qoruyur. Martın son günlərində 80 illik yubileyini qeyd edən futbolumuzun flaqmanının "Gənclər şəhəri"nin təmsilçisinə qarşı mübarizəsini 16:30-dan etibarən CBC Sport`un canlı yayımında izləmək mümkün olacaq.

İkinci dövrəyə uğurlu başlayan "Zirə"ni son turlar liderliyi gah ələ keçirən, gah da əldən verən "Qəbələ" sınağa çəkəcək. Ölkə kubokunun yarımfinalında "İnter" üzərində qazanılan inamlı qələbədən (3-1) sonra əyalət təmsilçisinin TPL`də çempionluq mübarizəsinə köklənməsi çətin olmayacaq. 18:30`dan etibarən CBC Sport`un canlı efirində yayımlanacaq matçla paralel olaraq Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda TPL`in vahid lideri "Qarabağ" köhnə tanışı və əzəli rəqiblərindən olan Gəncə "Kəpəz"ini qəbul edəcək. Qeyd edək ki, bu oyun ağdamlıların ev oyunlarını keçirdiyi Azersun Arena`nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən mərkəzi arenada keçiriləcək.

Turun digər oyununda isə AZAL`ın TPL`dəki taleyi müəyyən oluna bilər. "Təyyarəçilər" "İnter"lə səfər oyununda məğlub olarlarsa, gələn mövsümü I Divizionda başlayacaqları dəqiqləşəcək. "İnter Arena"da keçiriləcək oyunun başlama vaxtı 17:00-dır.

  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech