"Qəbələ" - "Panatinaikos" matçının biletləri satışda

  • Bölmə: Xəbərlər
  • Tarix: 31.07.2017 14:05
  • Oxunma sayı: 254
"Qəbələ" ilə Yunanıstan "Panatinaikos"u arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün biletlər satışa çıxarılıb.
 
Biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik” metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
 
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ” – "Panatinaikos” matçı saat 21:00-da başlayacaq.
  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech