Mövsümün açılış oyunu: Neftçi 1-3 Qarabağ

  • Bölmə: Xəbərlər
  • Tarix: 12.08.2017 10:20
  • Oxunma sayı: 472

TPL`də 2017/2018 mövsümünün ilk oyunu keçirilib. 

Bakcell Arena`da Neftçi`nin qonağı olan son çempion Qarabağ rəqibini 3-1 hesabı ilə məğlub edib.

Oyunun ən yaxşılarından biri kimi ağdamlıların 11 nömrəsi Mahir Mədətovu göstərmək olar. Gənc hücumçu mövsümün ilk dublunu rəsmiləşdirməklə bərabər, Dino Ndlovunun da qol hesabını açmasında pay sahibi oldu.

Neftçi`nin təsəlli qolu əlavə edilmiş dəqiqələrdə gəldi. Sağ cinahdan Elnur Cəfərovun ötürməsini uzaqlaşdırmaq istəyən Rahid Əmirquliyev mövsümün ilk avtoqoluna imza atıb.

İlk turun növbəti oyun günündə - avqustun 12-də İnter Qəbələ ilə qarşılaşacaq.

Saat 20:00-da başlayacaq oyun İnter Arena`da keçiriləcək. Oyunun baş hakimi Ömər Paşayevdir.

  AFFA   fss   FIFA   UEFA

BAŞ SPONSOR
TOPAZ

MEDİA DƏSTƏYİ

TEXNİKİ DƏSTƏK

Mingo.Tech